Füzuli rayonunda ağır qəza – 1 ölü, 7 yaralı var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin və T.Hacıyevin idarə etdikləri, müvafiq olaraq “VAZ-21011” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər iki sərnişini, habelə T.Hacıyev və üç sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Füzuli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Share: