Çirkin qadağanı ləğv edin! – Quterreşdən Talibana ÇAĞIRIŞ

 

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda 2021-ci ilin avqustundan hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasını qadınların təhsil hüququnu əlindən alan qərarını ləğv etməyə çağırıb.

Milletinsesi.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

“İndi təhsilə əlçatanlığı əngəlləyən bütün diskriminativ qanun və qərarlara son verməyin vaxtıdır. Talibanı Əfqanıstandakı qız uşaqları və qadınların orta və ali təhsilə çatımlılığına yönələn çirkin və öz-özünü baltalayan qadağanı aradan qaldırmağa çağırıram”, – deyə baş katib qeyd edib.

Xatırladaq ki, bu gün Beynəlxalq Təhsil Günüdür.

Mənbə

Share: