Cüdoçumuz Avropa çempionu oldu 

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında cüdoçumuz Vüsal Qələndərzadə final görüşünə çıxıb.

Milletinsesi.az xəbər verir ki, 73 kq çəkidə yarışan idmançı qızıl medal uğrunda yarışda italiyalı Luici Sentraççio ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Mənbə

Share: