Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı 

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.

 

Modern.az xəbər verir ki, 73 kq-da yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.

Mənbə

Share: