Dəstəmaz üçün işlənmiş sudan yenə istifadə etmək olar yoxsa o su artıq yararsız sayılır?

Dəstəmazda istifadə edilmiş suyun yenidən istifadə edilməsi öz-özlüyündə qadağan deyil. Amma bu zaman bəzi şərtlər qorunmalıdır. Əvvəla, gərək dəstəmaz üzvlərinin üzərində nəcasət (murdarlıq) olmasın.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, əgər dəstəmaz üzvlərinin üzərində nəcasət varsa, oranı yuduqdan sonra axıb tökülən su da murdar olacaq. İkincisi, istər dəstəmazdan qabaq, istərsə də sonra həmin suya başqa maddə qarışmamalıdır. Yəni su təmiz, bircinsli (müzaf) olmalıdır. Əgər məsələn, adam dəstəmazdan əvvəl əllərini sabun ilə yuyub, sonra dəstəmaz almışsa, artıq bu su müzaf sayılmaz. Bu şərtlər daxilində dəstəmazdan qalan su istifadəyə yararlıdır. Hətta insanın məzacına (zövqünə) uyğun gələrsə, həmin su ilə yenidən dəstəmaz ala da bilər.

Share: