Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Latviyada fövqəladə vəziyyət rejimi iyunun 9-dək uzadılır, lakin bu zaman bir sıra yüngülləşmələr nəzərdə tutulur. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Latviya” xəbər verib.

“Fövqəladə vəziyyət rejimi iyunun 9-dək uzadılır. Mayın 12-dən sonra 25 nəfərədək qrupların yığışmasına icazə veriləcək, onların hamısı iki metr məsafə gözləməlidir. İctimai nəqliyyatda maskaların məcburi taxılması tətbiq olunacaq”, – deyə Nazirlər Kabinetindən bildiriblər.

Xatırladaq ki, Latviyada fövqəladə vəziyyət rejimi martın 13-dən tətbiq olunmaqdadır. Respublikada ictimai tədbirlərin keçirilməsi qadağan olunub, ali təhsil müəssisələri və məktəblər əyani təhsil üçün bağlanıb, bütün beynəlxalq sərnişin nəqliyyatı dayandırılıb. Sosial distansiya tədbirləri tətbiq edilib.

Share: