Daha bir türk dövləti Türkiyəyə xilasedici göndərdi

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin 63 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Türkiyəyə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

 

Qurupun göndərilməsinə Qırğızıstan Prezidenti Sadir Caparov qərar verib. Səhiyyə işçiləri və psixoloqlar, eləcə də axtarış-xilasetmə əməkdaşlarından ibarət qrupa iki xüsusi təlim keçmiş itin daxil olduğu qeyd olunur.

 

Bildirilir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi yaxın vaxtlarda Türkiyəyə humanitar yardım göndərməyə hazırlaşır.

 

Akif İsmayılov

Mənbə

Share: