Denis Silva Azərbaycanı tərk edir

Denis Silva Azərbaycanı tərk edir

Mövsümün sonunda “Keşlə”dən ayrılan Denis Silva vətəni Braziliyaya qayıdacaq.

Bu barədə Qol.az-a futbolçunun xanımı Luana Rinaldi məlumat verib. O bildirib ki, iyunun 15-ni, yəni məktəblərdə dərs ilinin başa çatmasını gözləyirlər:

“Qızımız Bakıdakı məktəblərin birində oxuyur. Dərslərin bitməsini gözləyirik. Yəqin ki, Braziliyaya qayıdacağıq. Çünki Denisin bəzi təklifləri var”.

Qeyd edək ki, 10 ildir ölkəmizdə çıxış edən D. Silva “Keşlə” ilə yanaşı, “Xəzər Lənkəran” və “Neftçi”nin də formasını geyinib.

Share: