Depaydan “Barselona” açıqlaması

“Lion”un futbolçusu Memfis Depay “Barselona”nın onunla maraqlandığını təsdiqləyib.

Qol.az xəbər verir ki, bu barədə niderlandlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bildirib: “Menecerimdən çox xəbər almamışam. “Barselona”nın mənimlə maraqlandığı bilirəm, amma deyəcək çox şey yoxdur. Çünki mövzu ilə bağlı kifayət qədər məlumatım yoxdur”.

Qeyd edək ki, Depay ötən mövsüm 22 matçda 15 qol vurub.

Share: