Depressiya problemini necə aşkar etmək və aradan qaldırmaq olar?

“Yüngül depressiya məhz onunla təhlükəlidir ki, insan özünü xəstə deyil, yorğun hesab edir…”

 

“Psixi pozuntulardan əziyyət çəkən insanların 90 faizində yuxu pozuntusu aşkar edilib…”

 

24 mart Beynəlxalq depressiya ilə mübarizə günüdür.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

Cəmiyyətdə indiyədək hələ də depressiyanın yalnız pis əhval-ruhiyyə, tənbəllik, şıltaqlıq və uydurulan xiffət olduğu barədə stereotiplər geniş yayılıb. Əslində isə bu, ciddi xəstəlikdir və vaxtında müalicə olunmasını tələb edir. Sosiumun diqqətini ruhi sağlamlıq problemlərinə yönəltmək üçün hər il martın 24-də qeyd edilən Beynəlxalq depressiya ilə mübarizə günü təsis edilib.

 

Depressiya psixi pozuntular kompleksidir və bu hal əhval-ruhiyyənin dayanıqlı aşağı düşməsi, maraq və sevincin itməsi, yüksək suçluluq hissi, özünü dəyərləndirmənin aşağı düşməsi, yuxu və iştahanın pozulması, hafizə və diqqətin cəmləşdirilməsi ilə bağlı problemlər və minimal hərəki fəallıqla səciyyələnir.

 

Əlamətlərin ifadə edilməsi dərəcəsi və xarakterindən asılı olaraq depressiyanın müxtəlif növləri var. Məsələn, kliniki depressiya ilə yanaşı, yüngül depressiya da var, ilk baxışdan işə getməyə, yaxşı valideyn və həyat yoldaşı olmağa, gündəlik öhdəliklərin yerinə yetirilməsinə mane olmur, lakin hər gün insanın başı üstünü qara buludlar alır.

 

Yüngül depressiya məhz onunla təhlükəlidir ki, insan özünü xəstə deyil, yorğun hesab edir, hərçənd, hətta uzunmüddətli istirahət belə bu pozuntuya qalib gələ bilmir. Depressiyanın diaqnozunu qoymaq asan iş deyil, bununla yalnız peşəkarlar məşğul ola bilər, lakin bəzi aydın əlamətlər var ki, sizin “uzanıb gedən kədərinizin” təbiətini anlamağa kömək edə bilər.

 

Siz tez-tez kədərlənirsiniz

 

Çoxlarınız təlaşa düşməyə və kədərdən qorxmağa meyllisiniz, hərçənd, bu, hər bir insanın gündəlik həyatının normal tərkib hissəsidir. Lakin əgər siz iki həftədən çox müddətdə fasiləsiz olaraq səbəbsiz qəm-qüssə və həsrət keçirirsinizsə, ətrafdakılar isə sizin əhval-ruhiyyənizin kəskin dəyişildiyini sezirsə, o zaman yardım üçün müraciət etməyə dəyər.

 

Əgər siz özünüz nə baş verdiyini-depressiyanın başlancığı və ya adi ötəri kədər olduğunu anlaya bilmirsinizsə, özünüzü müşahidə edə bilərsiniz. Məsələn, əgər sizin kədərli ovqatınız getdikcə adi həyat tərzinizə korrektələr gətirirsə, vəziyyət mütəxəssisin müdaxiləsini tələb edir.

 

Sizi heç nə sevindirmir

 

Depressiya insanları hətta nə zamansa bolluca sevinc və məmnunluq gətirən şeylərə belə marağının itirilməsinə sövq edir. Məsələn, siz istirahət günlərində dostlarınız və ailənizlə ziyafətlərdən qaçırsınız, dəniz kənarında gəzintilər və restoranda dadlı yeməklər sizin üçün cəzbedici görünmür, siz birdən sevimli idmanınızla məşğul olmağı dayandırırsınız. Siz “işdə streslə” üzləşdiyiniz və ya “vaxtınızın olmadığı” ilə özünüzə haqq qazandıra bilərsiniz, hərçənd, əslində səbəb emosional tükənmədir, bu zaman hətta xoş şeylər sizin üçün ağır yükə çevrilə bilər.

 

Sizə daima şübhələr əzab verir

 

Məlumdur ki, yüksək fuksionallı depressiyası olan insanlar daima əvvəllər həyatlarında qəbul etdikləri istənilən qərarlardan təəssüf və şübhə hissi keçirir.  Belə fikirlər heç də həmişə əsaslı olmur, çünki bunların bəziləri adi həyəcandan irəli gəlir. Əgər siz tez-tez şübhələrdən əzab çəkir və əsaslı səbəb olmadan çoxdan baş verən şeylərdən təəssüf hissi keçirirsinizsə, böyük ehtimalla, sizdə yüngül depressiya əlamətləri təzahür edir.

 

Sizin əsəbiləriniz tarıma çəkilib

 

Depressiyaya uğramış insanlarda, adətən, daima enerjinin çatışmazlığı müşahidə edilir, buradan da yüksək əsəbilik yaranır. Bu o deməlkdir ki, istənilən xırda şeylər, qrafikdə dəyişiklik və ya kiminsə gecikməsi sizi tamamilə hövsələdən çıxara bilər. Əgər siz özünüzü həmişə sakit adam hesab etmisinizsə və belə davranış sizə xas deyilsə, ciddi surətdə məhz nə zaman ətrafda olanların sizi qıcıqlandırmağa başladığı və konkret nəyin sizi özünüzdən çıxardığı barədə düşünməlisiniz.

 

Siz tamamilə özünütənqid ovqatındasınız

 

Depressiya ilə üzləşən insanlar, adətən, həyatın bütün sahələrində kifayət qədər yaxşı olmadıqlarını hiss edir. Bununla bağlı onlar özlərinə hörmətlə yanaşmır, daima öz davranışı və zahiri görünüşünü tənqid edir. Bundan başqa, belə halda insanlar, əksinə, ətrafdakıların dəstəyini qazanmaq və özünü dəyərləndirmək üçün öz nailiyyətlərini şişirdə bilər. Hərçənd, onlar gözəl anlayır ki, özləri heç nə etməsə, heç bir kompliment heç nəyi dəyişməyəcək.

 

Siz yuxu pozuntusundan əzab çəkirsiniz

 

2018-ci ilin məlumatına görə, psixi pozuntulardan əziyyət çəkən insanların 90 faizində yuxu pozuntusu aşkar edilib. Həm də bu halda depressiya insana iki əks üsulla təsir göstərə bilər. Bəzi insanlar bu dövrdə yuxusuzluqdan əziyyət çəkməyə başlayır, buna görə daima yorğunluq və tükənmə hissi keçirir, digərləri, əksinə, gündüz və gecəni yataqda keçirir,

üzərinə çökən kədərdən “gizlənməyə” cəhd edir.

 

Siz diqqətinizi cəmləşdirməkdə çətinlik çəkirsiniz

 

Narahatlıq və qərarsızlıq həmçinin yüngül depressiyanın əlamətləri ola bilər, bu da işdə və şəxsi həyatda maneçilik törədə bilər. Ümundünya Səhiyyə Təşkilatının məlumatına görə, diqqətin yayınması və dağınıqlıq depressiyadan əziyyət çəkən insanlar üçün səciyyəvidir.

 

Çəkiniz kəskin surətdə dəyişib

 

Bir çox hallarda yüngül depressiya insanın çəkisində kəskin dəyişikliklərə gətirib çıxarır. Əgər insanların bir hissəsi kəskin surətdə arıqlamağa, iştahasını və yaxşı ovqatını itirməyə başlayırsa, digərlərində öz problemini kalorili qida ilə həll edir və zamanını evdə keçirmək imkanından yararlanmaqdan imtina edir, çünki daha heç bir motivasiya hiss etmir.

 

Əgər siz bu əlamətlərin bəziləri ilə üzləşmisinizsə, tez bir zamanda mümkün müalicə barədə mütəxəssislə məsləhətləşməyə çalışın.

 

Özünüzdən muğayat olun!

 

Healthy Walla

Mənbə

Share: