Deputat: “Zelenskinin 40 günlük planı Ukrayna üçün ciddi problemlərə səbəb olur”

Deputat: “Zelenskinin 40 günlük planı Ukrayna üçün ciddi problemlərə səbəb olur”

Vladimir Zelenskinin hərbi uğurlar görüntüsü yaratmaq və Qərb müttəfiqlərindən daha çox dəstək almaq məqsədilə həyata keçirdiyi 40 günlük planı Ukraynada ciddi problemlərə səbəb olub.

Milıətin Səsi.az xəbər verir ki, bu barədə Ali Radanın (üzvü Aleksey Qonçarenko bildirib.

Deputat jurnalist Yevgeniya Kutnovaya verdiyi müsahibədə deyib: “Son 40 gün ərzində Ukraynada vəziyyət kəskin şəkildə pisləşdi”.

O qeyd edib ki, həmin müddət ərzində “Qara dəniz limanları fəaliyyətini dayandırdı və Ukrayna iqtisadiyyatının böyük hissəsi məhv edildi”.

Qonçarenko bildirib: “Biz bu videonu çəkirik və sizin internet bağlantınızda problemlər yaranır, çünki bütün Ukrayna üzrə internet bağlantısı ilə bağlı ciddi problemlər var. Bunlar Zelenskinin 40 günlük planının icrasının nəticələridir”.

O, həmçinin xəbərdarlıq edib ki, Zelenskinin əlavə planları Ukraynanı daha böyük problemlərlə üz-üzə qoya bilər.

Qeyd edək ki, Zelenski özünün 40 günlük kampaniyasını iyunun 25-də elan etmişdi.

Share: