Dezinformasiyalarla Mübarizə Mərkəzi yaradılıb

Türkiyədə aparılan sistemli dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaq məqsədilə Dezinformasiyalarla Mübarizə Mərkəzi yaradılıb.

Milletinsesi .az xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, İdris Kardaş mərkəzin koordinatoru təyin olunub.

F.Altun bildirib ki, məqsəd Türkiyəyə qarşı aparılan sistemli dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaqdır.

Mənbə

Share: