DİM vakant vəzifələrlə bağlı məlumat yaydı

 

Yeddi dövlət orqanında mövcud olan 52 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. İyulun 18-də verilmiş elan üzrə 75 namizədlə 75 müsahibənin keçirilməsi nəzərdə tutulub.

Bu barədə Milletinsesi.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müsahibələrin avqustun 14-dən 30-dək keçirilməsi planlaşdırılır. Namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

 

Share: