DİN-dən Zəfər Günü ilə bağlı MÜRACİƏT

Polis əməkdaşları 8 Noyabr – Zəfər Günü gücləndirilmiş rejimdə çalışacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) müraciətində bildirilib.

 

Müraciətdə deyilir:

 

“Əziz vətəndaşlarımız!

 

8 Noyabr – Zəfər günü ilə əlaqədar elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.

 

Bununla yanaşı vətəndaşlarımız üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

 

Daxili İşlər Nazirliyinin kollektivi adından Zəfər Günü münasibətilə qalib xalqımızı təbrik edirik”.

Mənbə

Share: