“Diz çökməyə hazıram” – Jirinovski

Mən Xabarovsk sakinləri qarşısında diz çökməyə hazıram.

Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Danışır Moskva” radiosuna müsahibəsində deyib.

“Mən Xabarovsk sakinləri qarşısında diz çökməyə hazıram. Qoy, bizim onları necə sevdiyimizi, necə müdafiə etməyə hazır olduğumuzu, necə haqlı olduqlarını anlasınlar”, – deyə o bildirib.

Bununla belə Jirinovski əhalini bölgəyə təyin edilmiş yeni rəhbər Mixail Deqtyarevi dəstəkləməyə çağırıb.

Qeyd edək ki, bundan öncə Xabarovsk qubernatoru, Jirinovskinin partiyasının üzvü Sergey Furqal həbs edilib. Onun həbsindən sonra bölgədə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara onminlərlə insan qatılıb.

Share: