Doğum günü tədbirinə SİLAHLI HÜCUM: 13 ölü, 4 yaralı

Meksikada bir qrup silahlı şəxs restoranlardan birində keçirilən doğum günü şənliyinə basqın edib.

Milletinsesi.az xəbər verir ki, hadisə Meksikanın Verakruz əyalətinin Minatitlan şəhərində baş verib.

Məlumata görə, qonaqlar arasında kimisə axtaran silahlı şəxslər daha sonra atəş açmağa başlayıb. Nəticədə 5-i qadın, 1-i azyaşlı olmaqla 13 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Share: