Doğumlar rekord səviyyədə azalıb

Doğumlar rekord səviyyədə azalıb

İtaliyada durmadan aşağı düşən doğum səviyyəsi fövqəladə vəziyyətə çevrilib. Bu barədə İtaliyanın Milli Statistika İdarəsi (İSTAT) məlumat yayıb.

 

Məlumatda, ölkədə doğum səviyyəsinin ardıcıl 15-ci ildir azaldığı açıqlanıb.  Qeyd olunub ki, 2023-cü ildə doğuş rekord həddə düşüb. Belə ki, ötən il ölkədə 379 min doğum qeydə alınıb. Bu rəqəm 2022-ci illə müqayisədə 3,6 faiz, 2008-ci illə müqayisədə isə 34,2 faiz azalma deməkdir.

Mənbə

Share: