Ölən şəxsin orqanları 5 nəfərə verildi

Türkiyənin Manisa vilayətində  yol qəzası nəticəsində yaralanan və müalicə aldığı xəstəxanada beyin ölümü ilə nəticələnən xəstənin orqanları 5 nəfərə köçürüləcək.

 

Manisa Cəlal Bayar Universiteti Hafsa Sultan Xəstəxanasından verilən yazılı açıqlamaya görə, ailəsi ilə görüşdən sonra beyin ölümü olan xəstənin orqanlarının bağışlanmasına qərar verilib.

 

Orqan və Toxuma Transplantasiyası Koordinatoru Prof. Dr. Gönül Tezcan Keleşin başçılıq etdiyi heyət tərəfindən çıxarılan ürək, sağ və sol böyrək, qaraciyər və buynuz qişalar İstanbul və İzmirdə nəql gözləyən xəstələrə göndərilib.

 

Xəstəxananın baş həkimi Prof. Dr. İsmət Topçu, orqan nəqli ilə bağlı ailələrin həssas olmasının vacibliyinə diqqət çəkdi.

Mənbə

Share: