Dövlət Departamentinin rəsmisi İrəvana gəlir

Dövlət Departamentinin rəsmisi İrəvana gəlir

ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunun baş məsləhətçisi Castin Fridman Ermənistana səfər edəcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 26-27-də baş tutacaq.

 

ABŞ rəsmisinin bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.

 

Onun digər region ölkələrinə də səfər edib-etməyəcəyi qeyd olunmayıb.

Mənbə

Share: