“Düdelanj”ın bazasında oğurluq

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün “Qarabağ”ı qəbul edəcək “Düdelanj”la xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, ötən şənbə gecə klubun bazasından oğurluq edildiyi məlum olub. Naməlum şəxslər 27 cüt buts, eləcə də 8 min avro dəyərində forma aparıblar.

Oğurluq hadisəsi ilə bağlı araşdırma başladığı bildirilib.

Share: