Dünya bazarında dollar qıtlığı yaşanır

Dünya bazarında dollar qıtlığı səbəbindən böhran yaşanır.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentlində dərc olunan məqalədə qeyd olunub.

 

Agentlik bir sıra ölkələrdə yaşanan iqtisadi problemləri nümunə gətirib. Qeyd olunur ki, Şri-Lankada xəstəxanalar əməliyyatlarını təxirə salır, Nigeriyada beynəlxalq uçuşlar dayandırılır, Pakistanda avtomobil zavodları bağlanır, bütün bunlar dollar qıtlığı səbəbindən baş verir.

 

Məqalədə bildirilir ki, bir sıra ölkələrin iqtisadiyyatında problemlər daha da pisləşib. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı daha ehtiyatlı davranmağa məcbur edəcək.

 

Müəllifin sözlərinə görə, Banqladeşdə elektrik enerjisi istehsalçıları yaxınlaşan enerji böhranının qarşısını almaq üçün mərkəzi bankdan 1 milyard dollar tələb edirlər. Malavidə dərman, gübrə və dizel çatışmazlığı yaşanır.

 

Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində görülən tədbirlər dolların bahalaşmasına səbəb olub. Bloomberg yazır ki, buna görə bir çox ölkə iqtisadiyyatı böyük zərərə məruz qalıb.

Mənbə

Share: