Dünya çempionatında növbəti heç-heçə – YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

 

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşür.

 

***

17:54

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda ilk hissə başa çatıb.

 

Modern.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

 

***

17:00

 

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyunu başlayıb.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

 

Dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətlər:

 

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino

 

Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min

Mənbə

Share: