Dünya iqtisadiyyatına 240 milyard dollar ziyan dəyəcək

Qlobal istiləşmə nəticəsində 2030-cu ilə qədər dünya iqtisadiyyatına 240 milyard dollar ziyan dəyə bilər.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının bu gün dərc etdiyi hesabatda bildirilib.

Qeyd olunub ki, planetdə gedən iqlim dəyişikliyi nəticəsində 2030-cu ilədək yer üzündə 80 milyon iş yeri azala bilər. Zərərin, əsasən, Cənubi Asiya və Qərbi Afrika ölkələrində olma ehtimalı daha böyükdür.

Vurğulanıb ki, qlobal istiləşmə nəticəsində yaranan mənfi proseslər varlı və kasıb təbəqə arasında bərabərliyi daha da dərinləşdirəcək.

Share: