Dünya liderlərinin İranın İsrailə misli görünməmiş hücumuna münasibəti- Qəti şəkildə

 

 

“Bu hücum növbəti dəfə azad dünyanın bütün qüvvələrinin demokratiyanın qlobal sərhədlərinin müdafiəsi üçün səfərbər edilməsinin vacibliyini nümayiş etdirir…”

 

Dünya liderləri İranın İsrailə misli görünməmiş hücumuna münasibət bildirib. Bəziləri açıq şəkildə Tehranı ittiham edib, digərləri Qəzzada dərhal atəşkəs tələb edib, demək olar bütün liderlər hər iki tərəfə təmkinli olmağa çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “aif.ru” nəşri yazıb.

 

BMT-nin baş katibi Antoniu Quterriş Yaxın Şərqdə döyüş əməliyyatlarının dərhal dayandırılmasını təkidlə tələb edib.

 

“Mən İran İslam Respublikasının İsrailə genişmiqyaslı hücumunun yaratdığı ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Mən bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram”, – o, bəyan edib və qeyd edib ki, “bütün regionda dağıdıcı eskalasiyanın gerçək təhlükəsindən” həyəcan keçirir..

 

“Məb bütün tərəflərə Yaxın Şərqdə bir neçə cəbhədə böyük hərbi toqquşmalara gətirib çıxara biləcək istənilən hərəkətlərdən yan keçmək üçün maksimal dərəcədə təmkinlik göstərməyə çağırış edirəm. Mən dəfələrlə vurğulamışam ki, nə regionda, nə də dünyada daha bir müharibəyə imkan vermək olmaz”, -, Quterriş bəyan edib.

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen İranın İsrailə hücumunu sərt şəkildə pisləyib və qeyd edib ki, “buna heç bir halda haqq qazandırmaq olmaz”.

 

“Mən İrana və onun müttəfiqlərinə bütün bu hücumları dayandırmağa çağırıram. Bütün tərəflər bundan sonra eskalasiyadan çəkinməli və regionda sabitliyin bərpa edilməsi üzərində işləməlidir”, – o, qeyd edib.

 

Kanada baş naziri Castin Trüdo bəyan edib ki, İranın hücumu “İran rejiminin regionda sülh və sabitliyə etinasız yanaşdığını bir daha nümayiş etdirib”.

 

“Biz İsrailin özünü və öz xalqını belə hücumlardan müdafiə olunması hüququnu dəstəkləyirik”, – o, vurğulayıb.

 

Çin Xarici İşlər Nazirliyi indiki eskalasiya ilə bağlı dərin narahatlığını ifadə edib və əlavə edib ki, bu, “Qəzzadakı münaqişənin yayılmasıdır”, dərhal atəşkəs gerçəkləşməlidir. Pekin “tərəfləri bundan sonra eskalasiyanın qarşısının alınması üçün sakitliyə və təmkinliyə” çağırış edib.

 

Pakistan bəyan edib ki,, İranın misli görünməmiş hücumu “diplomatiyanın iflasının nəticəsidir”.

 

“Bir neçə ay ərzində Pakistan regionda döyüş əməliyyatlarının genişlənməsinin qarşısının alınması və Qəzza bölgəsində atəşkəs üzrə beynəlxalq  səylərin zəruriliyini vurğulayıb”, – hökumətin bəyanatında deyilir.

 

İranın regionda əsas rəqibi olan Səudiyyə Ərəbistanı böhranın bundan sonra kəskinləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və vəziyyətin pisləşəcəyi təqdirdə dəhşətli nəticələr barədə xəbərdarlıq edib.

 

Misir XİN İranın İsrailə hücumunu “təhlükəli eskalasiya” adlandırıb. Nazirliyin bəyanatında deyilir ki, hərbi əməliyyatlar Misirin dəfələrlə xəbərdarlıq etdiyinin-İsrailin Qəzza bölgəsində müharibəsi nəticəsində regionda münaqişənin genişlənməsi və burada həyata keçirilən təxribatçı hərbi əməiyyatların  nəticəsidir”.

 

İranla sıx münasibətlır saxlayan Qətər dərin narahatlığını ifadə edib və tərəflərə “eskalasiyanı dayandırmağa, gərginliyi azaltmağa və maksimal təmkinlik göstərməyə çağırış edib.

 

İrana coğrafi yaxın olan və 2020-ci ildə İsrail ilə münasibətləri normallaşdıran Birləşmiş Ərəb Əmirlikləri təhlükəli nəticələrdən yan keçmək üçün tərəflərə regional eskalasiyaya son qoymağa çağırış edib və qeyri-sabitliyin yeni dövriyyəsi ilə bağlı xəbərdarlıq edib.

 

Böyük Britaniya baş naziri Rişi Sunak İran rejiminin İsrailə ağılsız hücumunu ən qəti şəkildə pisləyib.

 

“İran növbəti dəfə özünün arxa həyətində xaos yaratmaq niyyətində olduğunu nümayiş etdirib. Böyük Briyaniya İsrail və bizim bütün regional tərəfdaşlarımız, o cümlədən İordaiya və İraqın təhlükəsizliyini qorumaqda davam edəcək. Biz öz müttəfiqlərimizlə təcili olaraq vəziyyətin sabitləşməsi və bundan sonra eskalasiyanın qarşısının alınması üzərində işləyirik. Heç kim qan tökülməsini istəmir”, – o, bəyan edib.

 

İsrailin Qəzzada müharibəsini tənqid edən İrlandiya İran və İsraili təmkinlik göstərməyə və istənilən eskalasiyadan yan keçməyə çağırıb. Belə bəyanatlarla Danimarka, Fransa, Norveç və Avstriya liderləri də çıxış edib.

 

Almaniya kansleri Olaf Şolts İranın İsrailə hücumunu haqsız və son dərəcə məsuliyyətsiz adlandırıb.

 

“İran regionda bundan sonra da eskalasiya törətməklə risk edir. Almaniya İsrailin tərəfindədir və biz vəziyyəti öz müttəfiqlərimizlə müzakirə edəcəyik”, – o, əmin edib.

 

Ukrayna XİN İranın İsrailə qarşı güclü hücumlarını qətiyyətlə pisləyib.

 

“Belə hərəkətlər qətiyyən yolverilməzdir, məsuliyyətsizdir və Yaxın Şərqdə misli görünməmiş eskalasiya riskini törədir. Bu hücum növbəti dəfə azad dünyanın bütün qüvvələrinin demokratiyanın qlobal sərhədlərinin müdafiəsi üçün səfərbər edilməsinin vacibliyini nümayiş etdirir”, – Ukrayna XİN bəyanatında deyilir.

 

Ağ Ev prezident Co Baydenin rəsmi bəyanatını yayıb. O, vurğulayıb ki, İranın və onun Yəmən, Suriya və İraqdakı əlaltılarının misli görünməmiş hava hücumunu qətiyyətlə pisləyir”.

 

“Mən baş nazir Netanyahu ilə danışmışam, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiq qaldığını bildirmişəm. Mən ona demişəm ki, İsrail misli görünməyən hücumlar zamanı heyrət doğuracaq müdafiə olunmaq qabiliyyətini nümayiş etdirib”, – Bayden bəyan edib və qeyd edib ki, bu gecə İsrail bütün düşmənlərinə onların yəhudi dövlətinin təhlükəsizliyini səmərəli şəkildə təhdid edə bilmədiyi barədə dəqiq siqnal göndərib.

Mənbə

Share: