“Dünya markası Arda Turanı birlikdə bitirdik” sözlərinə cavab verdi

“Başakşəhər”dən ayrıldıqdan sonra komandasız qalan Arda Turan Türkiyə millisinin baş məşqçisi Şenol Güneşin onun haqqında dediyi fikrə münasibət bildirib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 67 yaşlı çalışdırıcının “dünya markası Arda Turanı birlikdə bitirdik” sözlərinə cavab olaraq deyib: “Şenol Günəş mənə dəstək olmaq istədi, amma hamı eyni sözlər haqda danışdı. Mən bitməmişəm, niyə bitim ki? Bu ayaqlar, bu oyun zəkası hələ də məndədir. 2 ay məşq etdikdən sonra çıxıb ən yaxşı oyunumu göstərə bilərəm. Tərrübəmlə bunu bacara bilərəm”.

Qeyd edək ki,  Arda Turan müqavilə ilə “Barselona”ya məxsusdur.

Share: