Dünya ölkələrində 12 fərqli Yeni il ənənəsi

Milad bayramını sevməyin bir çox səbəbi var. Dünya ölkələri bu xüsusi günü öz Milad ənənələri ilə qeyd edirlər.

Milletinsesi.az maraqlı Milad ənənələrini sizə təqdim edir.

1. Milad toyuğu – Yaponiya

Milad yemək deməkdir və Yaponiyada bunu üç hərflə ifadə edirlər: KFC. İnsanlar toyuq əti yemək üçün bu amerikan fəst fuduna axın edirlər. “Qızardılmış Milad toyuğu” yemək ənənəsi marketinq kampaniyasıdır və 1974-cü ildən bəri davam edir. Bu günə qədər KFC hər Milad gecəsindən ən yüksək qazancla çıxır.

2. Uğurlu nömrələr – İspaniya

19-cu əsrin sonundan bəri “İspan Milli Lotereyası” özünün “Gord El Gordo” və ya “Gombul adam” adlı ilin ən böyük mükafatını verir. Bu, böyük bir sosial ənənəyə çevrilib və dekabrın 22-də insanlar çox vaxt uğurlu lotereya ümidilə onlarla lotereya bileti alaraq toplaşırlar.

3. Milad kötüyü – İspaniya

Bir Milad ağacı sevmirsinizsə, Milad kötüyü ilə diqqətinizi çəkə bilərik? İspaniyanın bir çox yerində hədiyyələr “Tió de Nadal”da, yəni Milad kötüyündə gətirilir. Bu, üz və kiçik ayaqlarla bəzədilmiş kiçik bir ağac parçasıdır.

Ancaq bu kötüklər yalnız hədiyyələr gətirmir, “Tió de Nadal” gecə qidalanır və öz yorğanında yatır. Üstəlik, bununla məhdudlaşmır, Milad ərəfəsində bu kötük soba içərisinə qoyulur. Ailələr hədiyyələr və şirniyyatlar tökülənə qədər kiçik kötüyə toxmaqla vururlar.

4. Süpürgələr və ayaqaltılar – Norveç

Norveçdə Milad ayaqaltıları və süpürgələri saxlamaq deməkdir. Bu, norveçlilərin xurafatçı olduqlarını göstərir. Milad vaxtı “səmanı gəzmək” üçün süpürgəni oğurlayır və pis ruhların Yerə qayıtmasının qarşısını almaq üçün gizlədirlər.

5. Milad hörümçəkləri – Ukrayna

İnanın, ya inanmayın, bir Milad hörümçəyi var. Ukraynada Milad ağacları hörümçək torları ilə bəzədilir. Onlar bu hörümçək torlarının uğur gətirəcəyinə inanırlar. Rəvayətə görə, Milad ağacı bəzəklərini ala bilməyən qadın səhər oyandıqda şam ağacının günəş işığında parlayan möhtəşəm hörümçək torları ilə örtüldüyünü görür.

Polşa və Almaniya kimi digər ölkələrdə də Milad ağacında hörümçək və ya onun toruna rast gəlmək şans sayılır.

6. Şaxta babanın poçt qutusu – Kanada

Yəqin ki, hər kəs bir dəfə də olsa Şaxta babaya məktub yazıb. Bəs Şaxta babanın həqiqətən poçt ünvanın olduğunu bilirdinizmi? Poçt qutusu Kanadadadır və ona 16 dekabr tarixinə qədər 30-dan çox dildə məktub yaza bilərsiniz. Əlbəttə, məktubunuz cavabsız qalmayacaq.

Məktubunuzu Şaxta baba, Şimal Qütbü H0H 0H0, Kanada ünvanına yaza bilərsiniz. Həmçinin, göndəriş pulsuzdur və poçt markasına ehtiyac yoxdur.

7. Milad turşusu – Anonim

Milad turşusu sevimliniz olmalıdır, çünki bu, əlavə hədiyyə alacağınız mənasına gəlir. Bir çox ölkələrdə turşu formasında bəzək Milad ağacında gizlədilir. İnanca görə, onu tapan şəxsin yeni ildə yüksək qazancı olacaq.

8. Rəhbər ulduzlar – Ukrayna, Polşa

Ukrayna və Polşa kimi dünyanın bəzi yerlərində hədiyyələri açmaq üçün ən uyğun vaxt ulduzlarda gizlənir. İnanca görə, evin ən kiçik uşağı axşam səmanı seyr edir və ilk ulduzun çıxmasını gözləyir. Bu, hədiyyələrin açılma mərasiminin başlaya biləcəyinə işarədir.

9. Milad pudinqi – Slovakiya

Pudinq məşhur Milad şirniyyatıdır. Slovakiya və Ukraynanın bəzi yerlərində pudinq yalnız ürəkləri isitmir, həm də gələcəyi proqnozlaşdırır. Ailənin ən yaşlı kişi üzvü bir qaşıq pudinq götürüb tavana atır.

Pudinq çubuqları nə qədər çox olarsa, bir o qədər şans gətirəcəyinə inanırlar.

10. Donald Dusk – İsveç

İsveçin ən əhəmiyyətli Milad ənənələrindən biri də “Donald Dusk xüsusi seriya”nı izləməkdir. Bu bir saatlıq proqram Milad gecəsi saat 3-də başlayır.

Tədbirlər müvafiq olaraq planlaşdırılır ki, proqramı izləmək üçün bütün ailə bir araya gəlsin.

11. Milad canavarları – İslandiya

Milad canavarları uşaqlara ildə ən azı bir ay yaxşı və düzgün davranmağı xatırladır. Bu “Milad polisi” komandasının heyrətamiz üzvlərindən biri İslandiya Milad pişiyi Jolakötturinndir. Jolakötturinn uşaqları, daha doğrusu, vəzifələrini yerinə yetirməyənləri yeyir.

12. Konki – Venesuela

“Miladın ən yaxşı nəqliyyat mükafatı” Venesuelanın Karakas şəhərinə gedir. İnsanlar yalnız Milad vaxtı gəzmirlər, konki sürürlər. Əslində bu səbəbdən şəhərin bəzi hissələri bağlanır və insanlar kilsəyə konki sürərək gedirlər.

teleqraf

Share: