Dünyada banan qiymətlərinin artacağı proqnozlaşdırılır

Qlobal bananın qiymətləri iqlim dəyişikliyinə görə yaxın illərdə arta bilər. 

 

Moderator.az xəbər verir ki, bu barədə BBC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dünya Banan Forumunun eksperti Paskal Liuya istinadən yazır.

 

Qlobal istiləşmə bəzi yerlərdə banan bitkilərini məhv edə bilər, çünki giləmeyvə temperatura həssasdır, – Liu izah edir. Bundan başqa, daha isti mühitdə müxtəlif xəstəliklərin yayılması sürətlənir, – ekspert əlavə edib.

 

“Bir plantasiya yoluxduqda, bütün banan ağacları ölür. Bundan xilas olmaq son dərəcə çətindir”, – BBC yazır.

 

Ekspert bananın bahalaşmasına səbəb ola biləcək digər amillərlə yanaşı, gübrələrin, enerji və nəqliyyatın bahalaşmasını, sənayedə kadr çatışmazlığını da qeyd edib.

Mənbə

Share: