Dünyada koronavirusa daha 771 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada 771 527 nəfər koronavirusa yoluxub, 13 696 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 86 749 940 yoluxma hadisəsi, 1 890 342 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (437 306) payına düşür. Digər yerləri isə Avropa (264 504), Cənub-Şərqi Asiya (30 243) bölüşür.

Share: