Dünyada koronavirusa yoluxanların sayı 536 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 536 mindən çox artıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 536 224 nəfər yeni koronavirusa yoluxub, 9 220 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 55 326 907, ölənlərin isə 1 333 742 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: