Dünyada COVID-19-dan ölənlərin sayı 6,5 milyonu, yoluxanların sayı isə 608 milyonu ötüb.
Milletinsesi.az-ın məlumatına görə, bu, sentyabrın 16-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, ÜST öz statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox yoluxma ABŞ-da qeydə alınıb – 94 237 260.
Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniya (32 643 742) sonrakı yerlərdə qərarlaşıb.
Ölənlərin sayına görə ardıcıl olaraq ABŞ (1,041,323), Braziliya (685,121), Hindistan (528,273) qeydə alınıb.