Xankəndində bu gecə də mitinq olub… Amma “aksiyada 1000 nəfər belə olmayıb…”

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərindəki haylklar 3 gündür ki, gündüz və axşam saatlarında ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə mitinqlər keçirirlər.

Milletinsesi.az “Kavkazski uzel” nəşrinə istinadla xəbər verir ki, Xankəndində  Ermənistanla sərhəddəki son qanlı toqquşmalardan sonra başlanmış etiraz aksiyaları dünən də davam edib.

Etirazçıların dünənki əsas tələbi separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın onların qarşısına çıxıb baş verənlərə izahat gətirməsi olub. Lakin Azərbaycan dövlətinin də iki ilə yaxındır aradığı Araik meydana çıxmayıb…

O da məlum olub ki, separatçı və revanşist xislətli ermənilərin gözlədiyinin əksinə olaraq Xankəndindəki etirazçı haykların sayı gündən-günə azalır.

Bunu mitinqdə iştirak edən  Anastas İsraelyanın çıxışı da  sübut edir. Üstəlik o, bildirib ki, mitinqdə qondarma “hakimiyyət” nümayəndələri olmayıb.

“Dünən (15 sentyabr) aksiyada hərbçilər, deputatlar, məmurlar da var idi.  Amma bu gün (16 sentyabr) onlar yoxdur. Bu gün qəribə də olsa, mitinqdə 1000 nəfər belə yoxdur. Birləşib ölkəni xilas etmək çağırışı sizin üçün qeyri-ciddi işdir? Yoxsa prezidenti(dırnaqarası-S.L.) meydana çağırmağımızdan qorxdunuz? Amma Araik Arutyunyan xalqın qarşısına çıxana qədər biz burada qalacağıq”, – deyə İsrailyan vurulayıb.

Tarix müəllimi Hasmik Aruşanyan çıxışı separatçı ruhlu olub:

“Biz meydanda ona görə varıq ki, biz də əcdadlarımızın uzun əsrlər boyu yaşadıqları kimi öz torpağımızda yaşamaq istəyirik. Yalnız xalqın öz taleyini həll etmək hüququ var. Ermənistanın Qarabağın statusu ilə bağlı sənədi imzalamaq hüququ yoxdur. İstənilən sənəd qanunsuzdur. Biz bütün beynəlxalq qurumlara müraciət edəcəyik ki, hamı öz müqəddəratını təyinetmə hüququ ilə bağlı tələblərimizi bilsin”.

Zəruri şərh:

Bir daha göründüyü kimi, Qarabağdakı hayklar başlarını itirib və nə Xankəndindəki, nə də İrəvandakı idarəçilərinə ümidləri yoxdur…  Və Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmayınca Xankəndində və Rusiyanın nəzarətində olan digər ərazilərdə sabitlik yaranmayacaq…

Sultan Laçın

Mənbə

Share: