Dünyada ötən sutka koronavirusa 332 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 332 mindən çox artıb.

Milletinsesi.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 332 360 nəfər yeni koronavirusa yoluxub, 9 691 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 579 352, ölənlərin isə 2 396 408 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: