Dünyanın ən məşhur pişiyi öldü

“Tvitter”də 2,4 milyon, “Facebook”da isə 1,5 milyon izləyicisi olan Grumpy Cat adlı pişik 7 yaşında ölüb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ev heyvanı xəstəliyi səbəbilə daha çox qaraqabaq görünüşü ilə tanınırdı.

Sahibi 2012-ci ildə pişiyin şəklini “Reddit” sosial şəbəkəsinə yükləyib. Bundan sonra Grumpy Cat məşhur olub. Heyvanın sahibi olan ailə onun böyrək infeksiyası səbəbilə öldüyünü deyib.

Share: