“Düşmənlərimizin pafoslu çıxışları söz ishalına bənzəyir…”

“Şimali Atlantika alyansı üçün Vaşinqton, London, Brüsselin təhlükəsizliyi heç kimə lazım olmayan Ukraynanın taleyindən qat-qat vacibdir…”

 

“Ukraynaya silah tədarükü Qərb ölkələri üçün bizə qarşı qatı nifrətə qarışan biznesdir…”

 

Medvedevin “Rusiya Federasiyası tərəfindən nüvə silahının tətbiqinə dair” növbəti nadancasına  postu…

 

Rusiya Federasiyasi Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev təhqiramiz tərzdə Rusiyanın nüvə silahının tətbiqi barədə öz fikirlərini bölüşüb.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb.

 

“Bizim düşmənlərimiz “azadlıq”, “demokratiya”, “missiya” sözlərindən bolluca istifadə edərək pafoslu çıxışlar etməyi xoşlayır. Əslində isə bunlar söz ishalıdır. İshal demaqogiyası fontanları qəzəbli qarğa qarıltısına qarışaraq çoxdan bəri anqlosaks dünyasının sınanmış silahına çevrilib, bu silahla bəşəriyyəti aldadaraq, özlərinin müstəsnalığını qorumaq və dünyaya ağalıq etməyə cəhd edirlər”, – Medvedev ABŞ-ın nüvə silahının tətbiqinin fəlakətli nəticələri barədə xəbərdarlığını belə şərh edib.

 

Onun fikrinə görə, Rusiya belə silahla Ukrayna üzərinə zərbə endirsə, “NATO münaqişəyə birbaşa müdaxilə etməyəcək”: 

 

“Axı, Vaşinqton, London, Brüsselin təhlükəsizliyi Şimali Atlantika alyansı üçün heç kimə lazım olmayan, əyilən, nə qədər silahla təchiz edilməsinə rəğmən, Ukraynanın taleyindən daha vacibdir”.

 

Vladimir Putinin bu yaxınlarda verdiyi bəyanata istinad edərək, Medvedev məlumat verib ki, onun əli əsməyəcək.

 

O, “yalnız özünü eşidən karlara” bir daha xatırladıb:

 

“Rusiyanın zərurət olduğu halda nüvə silahını tətbiq etməyə hüququ var”.

 

Amerikanın yüksək vəzifəli məmurlarını “atlantik tüpürcək ifraz edən ikincili blinkenlər və sallivanlar” adlandıraraq, Medvedev vurğulayıb ki, müasir silahlar tədarükü Qərb ölkələri üçün, sadəcə, biznesdir: 

 

“Doğrudur, hələ ki, bizə qarşı qatı nifrərə qarışmış biznesdir. Bundan artığı deyil. Okeanın o tayındakı və Avropa demaqoqları nüvə apokalipsisində həlak olmaq fikrində deyil. Ona görə də bu münaqişədə istənilən silahın tətbiqini həzm edəcəklər. Bax, belə…

 

Yaxşı ki, bu kədərli  nəticəyə qismən Kiyev hakimiyyəti də gəlib. Nə etməli, bu, demək olar ki, real deyil. Onlar daimi hərbi məstlik halındadır, qısa fasilələrdə möcüzəli narkotik yuxular görür”.

Mənbə

Share: