Posted in Dünya, Xəbər xətti Ebola bu ölkəyə də çatdı – Ölən var Admin June 13, 2019 12:34 Bir neçə gün əvvəl Konqo Demokratik Respublikasından ailəsi ilə Uqandaya gəlmiş 5 yaşlı uşaq Ebola virusuna yoluxduqdan sonra vəfat edib. Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu, Uqandada Eboladan qeydə alınmış ilk ölüm halı olub. Həmin uşaq ötən gün yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Qeyd edək ki, bu günədək Konqo DR-da Ebola virusuna 2071 yolxuma halı qeydə alınıb. Yoluxanlardan 1396 nəfər ölüb, 575 nəfər sağalıb.