Eddi İsrafilov millinin düşərgəsindən ayrılacaq

“Neftçi” klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları “Avro-2024”ün seçmə mərhələ görüşündə zədələnməsidir.

 

Matçın gedişində zədələnən futbolçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu martın 27-də “Frends Arena”da baş tutacaq.

Mənbə

Share: