Əfqanıstanda avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

Əfqanıstanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər ölüb, 38 nəfər yaralanıb.

 

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Bildirilib ki, Qəndəhar-Herat avtomobil yolunda motosiklet sərnişin avtobusuna çırpılıb, daha sonra isə yanacaq daşıyan tankerlə toqquşub.

 

“Martın 17-də səhər saatlarında yanacaq daşıyan tanker, motosiklet və sərnişin avtobusunun toqquşması nəticəsində 21 nəfər ölüb, 38 nəfər yaralanıb”, – deyə regional informasiya departamentinin verdiyi bəyanatda bildirilib.

 

Polisin məlumatına görə, qəzaya avtobusa çırpılan motosikletçi səbəb olub. Daha sonra avtobus yanacaq çəni ilə toqquşub və yanğın başlayıb.(oxu.az)

 

 

Mənbə: octagon.media

Mənbə

Share: