“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa…”

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistan, onun törətdiyi cinayətlərlə bağlı qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başlayır.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın tələbini obyektiv şəkildə araşdırması gərkdiyini vurğulayıb:

 

“Beynəlxalq Ədalət Məhkəməsinin ölkəmizin tələbi ilə bağlı ədalətli qərar çıxarması, Ermənistanı törətdiyi cinayətlərə görə cəzalandırması olduqca vacibdir.

 

Ermənistanın törtədiyi cinayətlər  çoxşaxəlidir. Bu cinayətlərə görə Ermənistanın beynəlxalq hüquq sferasında cəzalandırılması vacibdir.

 

Əgər Ermənistanla baqğlı belə bir qərar çıxmasa deməli, haqq-ədalət yoxdur. Deməli, beynəlxalq hüquq unudulub və ancaq siyasi oyunlar gedir.

 

Gözləyirik ki, hüququn aliliyi təmin edilsin”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: