Eks-deputat son döyüşdə ölən hərbçilərin valideynlərinə biganəlikdan YAZDI

Azərbaycan  sentyabrın 20-də sərhəd döyüşlərində ölən 95 erməni hərbçinin meyitini  təhvil verib. Sentyabrın 17-də daha 32 meyit də qarşı tərəfə qaytarılıb.


Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan sosial şəbəkədə bildirib ki, cəsədlərin əksəriyyəti Ermənistanın Martuni və Metsamir şəhərlərindəki meyitxanaya aparılıb. Onun sözlərinə görə, çox sayda valideyn iki gündür ki, oğullarının meyitlərini tanımaq üçün ora gəlir.

 

Naira Zöhrabyan ölən hərbçilərin valideynlərinə göstərilən diqqətsizlikdən narazılıq edib:

“Meyitxana təhlükəsizlik əməkdaşları tərəfindən qorunur və valideynlər müstəntiqlərin müşayiəti olmadan şəxsiyyəti müəyyənləşdirə bilmirlər.


Mən məhkəmə-tibb mərkəzinin məsul şəxsləri ilə danışdım və bütün cəsədlərin fotoşəkilləri çəkilərək Ulnetsi küçəsindəki mərkəzə – vətəndaşların hərbi qulluqçularla bağlı suallarının operativ cavablandırılması üçün yaradılan komissiyaya göndərildi.

Oğullarını fotoşəkillərdən tanıya bilən valideynlər meyitxanaya yalnız müstəntiqin müşayiəti ilə daxil ola bilərlər. Təəssüf ki, cəsədlərin çoxu tanınmaz haldadır və DNT identifikasiyası aparılmalıdır”, – Naira Zohrabyan deyib.


Onun sözlərinə görə, bir çox valideyn oğlunun bədənində xüsusi izlərin – çapıqların, döymələrin olduğunu deyərək bu vasitəylə onun bədənini tanıya bilir. N.Zöhrabyan valideynlrə kömək üçün məsələyə müdaxilə etdiyini vurğulayıb:


“Mənə bildirildi ki, üzdən tanımaq mümkün deyilsə, bədəndəki xüsusi işarələrdən tanıya bilirlərsə, Ulnetsi küçədəki mərkəzə məlumat versinlər. Məni əmin etdilər ki, həmin valideynlər dərhal müstəntiqin müşayiəti ilə meyitxanaya göndərəcəklər.

 

Armavirdən, Şirakdan, İrəvandan və ya digər şəhərlərdən onsuz da ağır emosional vəziyyətdə olan valideynlərin Martuniyə, Metsamora getməsi üçün növbəlilik təşkil edilə bilməzdimi?

 

Başa düşürəm ki, sən oğullarını itirmiş ata-anaya qarışmırsan və dünən “Yerablur”da etdiyin kimi,  əsgər anasını döyə bilərsən. Ancaq aranızdan heç olmasa bir yarı savadlı tapın ki, bu addımların növbəliliyini rəsmən dərc etsin ki, qəmdən dəli olmuş analar Martuniyə gedib günlərlə meyitxananın pəncərəsindən içəri baxmağa çalışmasın”.

Mənbə

Share: