Hazırda Rusiya Qara dəniz donanmasından Ukrayna ərazisinə raket zərbələri endirmək üçün istifadə edə bilər. Bu barədə “FreedDom” telekanalının efirində hərbi ekspert Oleq Jdanov danışıb.
O izah edib ki, Rusiyanın dəniz bazalı “Kalibr”raketləri hələ də var və onlar Ukraynaya kütləvi hücum etmək üçün raketdaşıyıcıların sayını dəyişə bilərlər.
Bununla belə, Jdanovun sözlərinə görə, Rusiyanın dəniz hücumu üçün desantın endirilməsi məsələsi indi gündəmdə deyil, çünki bunun üçün uyğun ərazi yoxdur.
“Rusiyanın sadiq qaldığı bəzi razılaşmalar var, baxmayaraq ki, bəzən raketlər Odessa vilayətinə də düşür, lakin Odessa üçün “taxıl” müqaviləsi onların Ukraynadan taxıl ixracından əvvəl olduğu kimi atəşə tutulmayacağına zəmanət verir” – deyə o bildirib.
Ekspertin fikrincə, əsas təhlükəni “Kalibr” raketləri təşkil edir, çünki dəniz bazakl bu raketlər hələ də kifayət qədərdir. Həmçinin, atış məsafəsi 500 km-ə qədər olan “İsgəndər” raketləri və ballistik raketlər də təhlükə yaradır. Məhz onlarla daha çox problemlər olacaq, çünki onların qarşısını almaq daha çətindir.
“Həmçinin Rusiya X-22 raketlərinin standart dəsti də problem yarada bilər, əgər onlarda hələ də qılırsa. Son 2 ədəd X-22 raketi Odessa bölgəsində istifadə edilib, sonra isə görünməyiblər. Və X-101 havadan buraxılan raketlərdir ki, onlardan da strateji bombardmançılar istifadə edir. Təəssüf ki, tamamilə yoxa çıxan quruda yerləşən “Kalibrlər” istisna olmaqla, Rusiya raketlərinin tərkibi dəyişməyib”.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, hərbi ekspert Oleq Jdanov bildirib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin diqqətini müvəqqəti işğal olunmuş Krımdan yayındırmaq istəyir və bu səbəbdən də başqa istiqamətlərdə hücumları gücləndiriblər.