Rusiyada qəzada ölənlərin sayı artıb

Rusiyanın Ulyanovsk vilayətində sərnişin avtobusunun iki yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya DİN-in Ulyanovsk vilayəti üzrə idarəsi məlumat yayıb.

 

Qeyd edək ki, hadisə avqustun 21-də gündüz saatlarında “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində baş verib. Yük avtomobili qarşı yola çıxaraq “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə sərnişin avtobusu iki yük maşının arasında qalaraq əzilib.

 

Avtobusun sərnişinlərinin Qazaxıstan vətəndaşları olduğu deyilirdi. Qazaxıstan XİN-in rəsmi nümayəndəsi xəbəri təkzib edərək qəzada ölənlər arasında bu ölkənin vətəndaşlarının olmadığını açıqlayıb.

 

***

 

17:25

 

Rusiyanın Ulyanovsk vilayətində mikroavtobusla iki yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb. 

 

Hadisə Novospasskoe və Nikolaevka qəsəbələri arasındakı magistralda baş verib. Qəzaya düşən mikroavtobusda Qazaxıstan vətəndaşları olub.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Mənbə

Share: