Eksternlər üçün yekun imtahanlar keçiriləcək

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər üçün yekun qiymətləndirmə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milletinsesi.az-a bildirilib ki, ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların birinci mərhələsi martın 29-da, ikinci mərhələsi isə iyulun 5-də olacaq.

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan aprelin 26-da keçiriləcək.

Share: