Ekvadordakı zəlzələdə ölənlərin sayı artdı

Ekvadorda baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 14-ə yüksəlib.

Balao şəhərinin 6 kilometr şimal-şərqində baş verən zəlzələdə yaralananların sayının isə 446 olub.

Ölkədə zəlzələdən ən çox zərər çəkən şəhərlərin El Oro və Azuay olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində azı 360 bina dağılıb.

Mənbə

Share: