“Elə bil Hacı Qaradır, pulları başının altına qoyub yatır, heç kimə kömək etmir…”

“Gözəllik salonum var, bir də ev var ki, kirayə verib, pul qazanıram”

 

“Bəzi insanlar və həmkarlarım deyir ki, pula nifrət edirəm. Pula niyə nifrət etməliyəm ki? Yaşamaq üçün pul lazımdır. Heç vaxt pulun arxasınca qaçmamışam. Allah mənim ruzimi 15 yaşımdan başımın üstündən töküb. Həmişə şükür etmişəm ki, bunu mənə Allah verib, özüm-özümə almışam, kimsə mənə almayıb. Evi, maşını, varı-dövləti hamı özü-özünə almır ki. Onun üçün alanlar da olur da. Elə insan da var ki, Hacı qaradır, xəsisdir. Pulları qoyub başının altına yatır. Nə qohum-əqrəbaya, nə də ki, ətrafındakı insanlara kömək edir”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

 

 

Mənzurə Musayeva toy bazarından da danışıb.

 

“Bizdə müğənni yalnız toyla qazanır. Toy bazarıdır bizi saxlayan. Mənim bir balaca gözəllik salonum var, bir də ev var ki, kirayə verib, pul qazanıram. Əvvəl sənət üçün oxumuşuq, muğam sinfini bitirmişəm, amma indi toya işləyirəm. O vaxt Baloğlan Əşrəfov, Məmmədbağır Bağırzadə, Məhəbbət Kazımovun öz xüsusi mahnıları var idi, toya həmin mahnılarına görə dəvət alırdılar. Deyirdim ki, görəsən mənim nə vaxt onların mahnısı kimi mahnılarım olacaq. Şükür Allaha bu arzuma da çatdım. Bu gün nəinki özüm, bir çox müğənnilər toylarda mahnılarımı oxuyurlar. Bəzən icazə alırlar, bəzən isə yox. Amma əsas odur ki, onlar məni yaşadırlar. Necə ki, biz Zeynəb Xanlarovanın mahnılarını sevə-sevə oxuyurduq, istəyirəm ki, mənim də mahnılarımı sevərək oxusunlar”, – deyə müğənni bildirib.

 

 

Mənzurə Musayeva müğənnilərin çoxluğundan da şikayətlənib.

 

“O vaxt nə etdinsə etdin. İndi qazandığından heç nə edə bilmirsən. Müğənnilər çoxalıb. Bu sahəyə böyük axın var. Hər kəsin də öz repertuarı, sevənləri var. Hər müğənniyə 5-6 toy düşür. 7-8 ildir ki, klip də çəkdirmirəm. Çünki tələbat yoxdur. Şou-biznesi biz gətirmişik, indikilər bizdən öyrənir. Amma demək olar ki, bu gün bizdə şou-biznes yoxdur. Toy biznesi var”, – deyə sənətçi bildirib.

Mənbə

Share: