Əlcəzair hakimiyyəti qonşu Nigerə Sovet və Rusiya istehsalı olan cəmi dörd helikopter – iki ədəd Mi-24V və iki ədəd Mi-171 – həmçinin onlar üçün sursat və ehtiyat hissələri təhvil verib.
Millətin Səsi.az xəbər verir ki, bu məlumatı Əlcəzair Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirliyin saytında dərc olunmuş bəyanatda deyilir: “İki Mi-24V və iki Mi-171 helikopteri 9 avqust 2026-cı il, bazar günü Nigerin Niamey hava limanına doğru yola düşüb. Bundan əlavə, Hərbi Hava Qüvvələrimizə məxsus hərbi təyyarə ilə həmin helikopterlər üçün sursat, ehtiyat hissələri, eləcə də texniki xidmət və logistik təminat üçün materiallar da eyni ünvana göndərilib”.
Əlcəzair “iki ölkə arasında qardaşlıq və tarixi əlaqələri gücləndirmək məqsədilə” helikopterləri Nigerə təmənnasız olaraq təhvil vermək qərarına gəlib. Bəyanata əsasən, bu addımla Şimali Afrika respublikası regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirmək niyyətini təsdiqləyib.
Əlcəzair Nigerlə qonşudur və onunla 950 km-dən çox uzanan quru sərhədinə malikdir.


