Elektrik avadanlığından istifadə edərək qanunsuz balıq ovlayan daha bir nəfər saxlanılıb

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı Milli Parkın ərazisindəki Kiçik Körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov saxlanılıb.

 

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır

 

15:45

 

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Kür çayının Qazax rayon Birinci Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan A.Məmmədkərimov saxlanılıb.

 

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 105 ədəd xramulya balığı və digər əşyalar götürülərək Su Polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Mənbə

Share: