Elm və təhsil naziri BDU-nun Qazax filialında olub

Elm və təhsil naziri BDU-nun Qazax filialında olub

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında olub.

 

BDU-dan Moderator.az-a bildirilib ki, nazir filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, professor-müəllim heyəti ilə görüşüb.

 

Filialın direktoru Arif Rüstəmov nazirə tədris prosesi, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi sahəsində görülən işlər barədə məlumat verib, qarşıya qoyulan vəzifələrdən danışıb.

 

Nazir Emin Əmrullayev BDU-nun Qazax filialının kollektivinə öz tövsiyələrini verib, uğurlar arzulayıb.

 

Mənbə

Share: