Energetika naziri Masallıda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Milletinsesi.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri Qarabağ küçəsi 17) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonu: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

Mənbə

Share: