Ermənilər Azərbaycana axan çayları çirkləndirir – BMT

Ermənistan ərazisindən keçərək Azərbaycana axan çaylar ekoloji çirklənməyə məruz qalır.

APA-nın məlumatına görə, bunu BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin Azərbaycana səfəri çərçivəsində ilkin müşahidələri və missiya bəyanatının təqdimatına dair mətbuat konfransında deyib.

H.Elver qeyd edib ki, Ermənistan ərazisindən keçərək Azərbaycana axan çaylardakı ekoloji çirkləndirmə Azərbaycan fermerləri üçün problemlər yaradır.

 

Share: