Ermənilərin Hadrudda təxribat törətdiyi təsdiqlənib

Ötən gün Hadrut ərazisində erməni silahlılarının Azərbaycan Ordusuna qarşı provokasiyaya cəhd etdiyi və nəticədə bir azərbaycanlı əsgərin yaranaldığı barədə məlumata Ermənistan reaksiya verib.

Milletinsesi.az xəbər verir ki, Ermənistanın Qarabağ mövzusunda hələ də istifadə etdiyi qondarma və keçmiş “dqr”çilər toqquşmanın “Azərbaycan əsgərinin hücumu” nəticəsində baş verdiyini, 3 erməni əsgərin yaralandığını qeyd ediblər.

Maraqlıdır, 10 noyabr Bəyanatına əsasən, Ermənistan ordusu Azərbaycan ərazilərini tərk etməlidir və onların yerləşdiyi ərazidə Rusiya sülhməramlıları olmalıdır. Belə olduğu halda Hadrut ərazisində erməni əsgərləri nə gəzir ki, onlar Azərbaycan Ordusu ilə də toqquşsunlar?

Məlumatda xüsusilə “Ermənistan və “artsax” ordusunun təmas xəttində yerləşdirildiyi” kimi provokativ açıqlama diqqəti çəkir. Əlbəttə, erməni mediası və rəsmi qurumları daim qızışdırıcı və yalan məlumatlarla “informasiya diversiyası” həyata keçiriblər. Darmadağın olan Ermənistan ordusu harda yerləşdirilə bilər? Dövlət sərhədinin delimitasiyasında Azərbaycan zabitlərinin qabağına çıxarmağa əsgər tapmayan Ermənistanın olmayan “təmas xəttinə” əsgərlər yerləşdirməsi mümkün deyil.

Qeyd edək ki, Azərbaycan MN bununla bağlı rəsmi açıqlama yaymayıb.

 

Share: